Bakı Kitab Mərkəzində İranə Qasımovanın kitabı təqdim edildi - FOTO

Bakı Kitab Mərkəzində İranə Qasımovanın kitabı təqdim edildi - FOTO, Javid

“İrrasionallığın üstünlüyü” kitabı təqdim edilib

Bakucity.az xəbər verir ki, İranə Qasımovanın "Превосходство иррационального" (“İrrasionallığın üstünlüyü”) kitabının təqdimatı keçirilib. 

Yanvarın 22-də Bakı Kitab Mərkəzində gənc şairə İranə Qasımovanın "İrrasionallığın üstünlüyü” kitabının təqdimatı keçirilib.

Tədbirdə şairə qonaqlar üçün seçilmiş şeirlərini oxuyub. Həzin musiqi və video çarxlar fonunda istedadlı aktyorlar Zaur Şəfiyev və Rumiyyə Ağayevanın ifasında müəllifin şer toplusundan nümunələr səslənib.

Tədbirin ikinci hissəsində pianoçu Nərgiz Əliyeva və müğənni, fleyta ifaçısı Oya Ərgün qonaqlar üçün dünya musiqi incilərindən parçalar ifa edib.

Tədbirin sonunda İranə Qasımova oxucular üçün kitablarını imzalayıb.

Bakucity.az

Bakı Kitab Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər