Bakı Ali Neft Məktəbi “Huawei” şirkəti ilə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbi “Huawei” şirkəti ilə əməkdaşlığa başladı

BANM ilə “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Bakucity.az xəbər verir ki, Çin transmilli şirkəti olan “Huawei”n  Azərbaycan nümayəndəliyi ilə Bakı Ali Neft Məktəbində görüşüb.

Görüşdə BANM-ın rektoru Elmar Qasımov, “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Kanlin, şirkətin proqramlar üzrə menecerləri Eldar Cəbrayılov və Tao Ziven, Ali Məktəbin tələbləri və məsul əməkdaşları iştirak ediblər.

E.Qasımov  çoxlu sayda transmilli şirkətlərlə əməkdaşlıq edən BANM-ın partnyorları sırasına “Huawei” şirkətinin də qoşulmasından məmnunluğunu bildirib. Rektor qeyd edib ki, gələcək nəsli İT baxımından daha mükəmməl yetişdirmək məqsədilə biliklərini daim paylaşan “Huawei” şirkətinin BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrası və bu ixtisasda təhsil alan tələbələrilə çalışması onun sosial iş prinsiplərilə üst-üstə düşəcək.

L.Kanlin isə öz növbəsində avtomatika sahəsində güclü mütəxəssislər hazırlayan BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirdiyini və bu əməkdaşlıq üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu qeyd edib.

Görüşdə BANM ilə “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi BANM-da yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsini təmin etməkdir.

“Huawei” şirkəti telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında ixtisaslaşan Çinin transmilli özəl şirkətidir. 

Bakucity.az

Çin Azərbaycan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər