Bakıda “Qulliverin səyahəti” romanı əsasında videoçarx hazırlanıb

Bakıda “Qulliverin səyahəti” romanı əsasında videoçarx hazırlanıb

“Kitabxanaçı tövsiyə edir”

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanası “Kitabxanaçı tövsiyə edir” layihəsinə başlayıb.

Layihə çərçivəsində məşhur irland yazıçısı Conatan Sviftin ən məşhur əsəri olan “Qulliverin səyahəti” romanı əsasında videoçarx hazırlanıb.

Fantastik macəralar fonunda İngiltərənin sosial-siyasi mənzərəsini əks etdirən bu əsər üç əsrə yaxındır ki, oxucular tərəfindən sevilir.

Bakucity.az

Kitabxanaçı tövsiyə edir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər