Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək - FOTO

Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək - FOTO

Belə bir təşəbbüslə əlil arabası istifadəçisi Bahar Şıxıyeva çıxış edib. 

Bakucity.az xəbər verir ki, Bakıda baş tutacaq paracüdo üzrə Qran-Prinin qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı, kimanoda olan Cırtdan kuklası hədiyyə olunacaq.

B.Şıxıyeva öz əl işi olan Cırtdan kuklasını Milli Paralimpiya Komitəsinin rəhbərliyinə təqdim edib və bildirib ki, cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün kimanolu cırtdan oyuncağı hazırlayacaq. 

MPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin B.Şıxıyeva tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyilə B.Şıxıyeva 70 kukla hazırlayacaq.

Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışı bu il paytaxtda ilk dəfə, 11-13 may tarixlərində keçiriləcək. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.

Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək - FOTO, fotoşəkil-1

Bakucity.az

paracüdo
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər