Bakının Pantomima teatrında “Adagio” göstəriləcək

Bakının Pantomima teatrında “Adagio” göstəriləcək

Pantomima Teatrı “Adagio”ya baxmağa dəvət edir.

Bakucity.az xəbər verir ki, yanvarın 26-27-də Azərbaycan Dövlət Pantomima Teatrında  “Adagio” tamaşası nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır.

Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib.

Tamaşada rolları teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov və digərləri ifa edəcək.

Bakucity.az

Adagio
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər