Bakıda Meksika milli mətbəxi təqdim edildi - FOTO

Bakıda Meksika milli mətbəxi təqdim edildi - FOTO, Javid

Tədbirdə Meksikanın Azərbaycandakı səfiri iştirak edib

Azərbaycanlıları Meksikanın mədəniyyəti, ələlxüsus mətbəxi ilə daha yaxından tanış etmək məqsədilə səfirliyin “Meat” restoranı ilə əməkdaşlığı əsasında Meksika milli təamlarının təqdimatı təşkil edilib.

Bakucity.az xəbər verir ki, tədbirdə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini ölkəsinin mətbəxi barədə məlumat verib. Bildirib ki, ölkəsinin milli mətbəxi 2010-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Vurğulayıb ki, bu sektor turizm və milli iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir, ölkədə 5,5 milyon iş yeri yaradır. Milli mətbəx nəsillər vasitəsilə ötürülərək Meksika xalqının qeyri-maddi dəyərlərini təşkil edir.

Sonra tədbir iştirakçıları “Mariaçi Bakı” qrupunun musiqili sədaları altında Meksika milli mətbəxi, mədəniyyəti, adət-ənənələri ilə tanış olublar. (AzərTac)

Bakucity.az

Meksika Milli Mətbəxi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər