Bakıda yaxşı fotokamera seçimi: qiymətlər necədir? - ARAŞDIRMA

Bakıda yaxşı fotokamera seçimi: qiymətlər necədir? - ARAŞDIRMA, Javid

Mütəxəssis nələri məsləhət görür?

Fotoqrafiya müasir insanın əsas maraq sahələrindən birinə çevrilib. Peşəkar fotoqrafiya ilə məşğul olmasalar belə, ya işlə əlaqədar, ya da sırf hobbi xatirinə fotokamera almaq istəyənlər var. Amma fotokamera mürəkkəb mexanizmdir. Ondan heç də hər kəs baş çıxara bilmir. Bakıda yaxşı fotokameranı haradan və neçəyə tapmaq olar, peşəkarlar nələri məsləhət görürlər? Bu suallara Bakucity.az-ın materialında cavab tapa biləcəksiniz. 

Hansı markanı seçməli

Parametrlərinə görə kamera seçmək məsələsini araşdırmaq üçün, Qafqaz Xalqları Konqressinin konqressmeni, Böyük Britaniyanın Kral Fotoqrafiya Cəmiyyətinin üzvü Rüfət Əliyevə müraciət etdik.

Bakıda yaxşı fotokamera seçimi: qiymətlər necədir? - ARAŞDIRMA, fotoşəkil-1

Rüfət bəyin fikrincə, əksər vaxt kifayət qədər rahat olduqlarına görə güzgülü fotokameralara üstünlük vermək məqbul sayılır:

"Güzgülü kameranın keyfiyyəti güzgüsüz və rəqəmsal apparatlardan heç nəyi ilə geri qalmır".

Fotoqraf bildirdi ki, krop-matrisalı kameraları almağa dəyməz. Yaxşı olar ki, “Nikon D700” və “Canon 5D” kimi tamkadrlı fotoaparatları seçəsiniz, onda əsl keyfiyyətli fotolar meydana çıxacaq. Krop-faktorlu kameralar kiçik ölçülü sensorlara malikdirlər, buna görə də çəkilişin keyfiyyəti müəyyən qədər itir. Onlara “Nikon D40”, “D7000”, “CanonRebel T2”i və “60D”-ni aid etmək olar.

“Geniş ISO (işığa həssaslıq) imkanları olan kamera seçin. Yaxşı olar ki, kamera onu 100 minə qədər artıra bilsin. Bu gün Yaponiyanın “Sony” kamerası ISO-nu 100 minədək qaldırmağa imkan verir. Bu da aşağı işıqlanmada, hətta bir şam işığında belə çəkilişə imkan yaradır. Ona görə də, ISO imkanları böyük əhəmiyyətə malikdir", - deyə  Əliyev qeyd edib.

Rüfət Əliyev: "Obyektivi seçməkdən də çox şey asılıdır"

Əgər müasir fotokameraların malik olduqları digər göstəricilər barədə danışsaq, fotoqrafın sözlərinə görə, bu, demək olar ki, hamısında eynidir:

“Məsələn, peşəkar kameralarda ağ-qara balansının qurulması əməliyyatı var, amma bu gün hətta yarımkadrlı və həvəskar kameralarda da bu imkan var. Əlbəttə, peşəkar apparatlarda bu mexaniki olaraq tənzimlənir, onlarda isə avtomatik olur və bu əhəmiyyətli fərqdir”.

Bakıda yaxşı fotokamera seçimi: qiymətlər necədir? - ARAŞDIRMA, fotoşəkil-2

Rüfət Əliyev vurğulayıb ki, bir çox şey həm də obyektivdən asılıdır:

 “Obyektivin istehsal olunduğu ölkə və işıq gücünün də şəkillərin keyfiyyətinə təsiri var. Onlar şüşə, plastmas və yarımplastmas olurlar. Şüşəli obyektivlər kifayət qədər ağırdırlar, amma əla şəkil çəkirlər. Obyektivin keyfiyyəti son nəticəyə də təsir göstərir. Bundan başqa, yaxşı şəklin  əldə olunmasında foto obyektivin payı 50%-dir. Deməli, obyektiv seçimindən  də çox şey asılıdır.

Bəzən obyektiv alarkən, insanlar onun zumuna diqqət yetirirərək, böyüyünü -300 mm-ə qədər olanını seçməyə çalışırlar. Amma obyektivdə əsas məsələ onun materialıdır. Əvvəldə qeyd etdiyim kimi, ən yaxşısı şüşədir. Əlbəttə, o kifayət qədər bahadır, amma ən dəqiq şəkli onunla çəkmək olur".

Daha bir mühüm məsələ işıq gücüdür. Çünki bu zaman zəif işıqlandırılma zamanı  çəkilişlər xeyli asanlaşır.

 "Piksel nə qədər çoxdursa, kamera da o qədər bahadır"

Bundan başqa, fotoqraf bizə bildirdi ki, şəkillərin keyfiyyətinə meqapiksellərin sayı heç bir halda təsir göstərmir, əsas piksellərin sayıdır:

"Əlbəttə, peşəkar kameralar çox sayda pikselə malikdir, ona görə də onlar kifayət qədər bahadırlar: piksel nə qədər çox olarsa, qiymət də o qədər bahadır. Buna görə də, istehsalçıların çoxu əsasən, krop matrisalı apparatlar istehsal ki, o  şəklin keyfiyyətini pisləşdirsə də, kameraları daha əlçatan edir".

Bakıda yaxşı fotokamera seçimi: qiymətlər necədir? - ARAŞDIRMA, fotoşəkil-3

O ki qaldı müxtəlif digər detallara,  burada hər şey sizin kameranı hansı məqsədlə almağınızdan asılıdır. Rüfət Əliyevin sözlərinə görə, peşəkar fotoqraf işində kamerada müxtəlif funksiyalar faydalı ola bilir.

Seçim üçün məsləhətlər

R.Əliyevin sözlərinə görə, təzə başlayan gənc fotoqraflar üçün “Nikon” və ya “Canon”un yarımpeşəkar fotokameraları yararlı olur:

"Məsələn, bu “Canon EOS 550D” və ya “EOS 650 D”, “EOS 700D” ola bilər. “Nikon” markalı apparatlar arasında “D90” və ya “D70S”-i məsləhət görə bilərəm. Onların istehsalı dayandırılıb, lakin müxtəlif variantları mağazalarda hələ də tapmaq olar. Qeyd edim ki, “Nikon D 70S” öz parametrlərinə görə  hətta “D90”-dan da üstündür".

Peşəkar kameralara gəlincə, mütəxəssis alıcılara son model “Sony Alpha” almağı məsləhət görür:

 “Əgər maliyyə imkanları bu kameranı almağa imkan vermirsə, onda “Canon EOS-5D Mark III” seçmək məsləhətdir”, - deyə fotoqraf  fikrini yekunlaşdırıb.

Bakıda mağazalarda olan fotokameraların funksionalıqlarını təqdim edirik:

Mağaza

Fotoaparatlar

Obyektivlər

Yaddaş kartı

“Shop.az”

“144-2999”

329-1199

---

“Maxi.az”

“141-2750”

1199

9-150

“Division”

“738-2490”

270-3000

10-140

“Kontakt home”

“179,99-1399,99

---

15,99-39,99

“Baku Electronics”

929-2149

---

19-45

Sonda deyə bilərik ki, fotokameranın ucuz və ya daha bahalı olması vacib deyil, əsas ondan lazımi qaydada istifadə etməyi bacarmaqdır. Fotoqrafiya ilə ciddi şşəkildə maraqlanırsınızsa, kamera almazdan əvvəl mütləq peşəkarlarla məsləhətləşin Ümid edirik bizim materialmız da  sizin üçüb  faydalı olacaq.

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Züleyxa Araşdırma Bakı fotokamera
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər