İlham Əliyev Bakıda açılışda iştirak etdi

İlham Əliyev Bakıda açılışda iştirak etdi

Dövlət başçısı institut və  kompleks açılışında

Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

Dövlət  başçısı institutun binasının rəmzi açılışını bildirən lenti kəsib.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.

Sonra prezident İlham Əliyev aqrar inkişaf könüllüləri ilə görüşüb.

Bakucity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər