"Bakı Metropoliteni"nin yenilənmiş mərkəzi istifadəyə verilir - FOTO

"Bakı Metropoliteni"nin yenilənmiş mərkəzi istifadəyə verilir - FOTO , Javid

Mərkəz fəaliyyətini tamamilə fərqli formatda davam etdirəcək

Bakucity.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzi yaxın vaxtlarda fəaliyyətini tamamilə fərqli formatda davam etdirəcək.

Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, 2014-cü ilin sentyabr ayında əsasnaməsi təsdiq edilərək, fəaliyyətə başlamış Mərkəzin təcrübəsi təsdiq edir ki, kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi və s. tədris proseslərinin təşkili baxımından əhəmiyyəti danılmazdır: "Mərkəzləşmiş qaydada təşkil edilmiş təlim və tədris prosesi daha effektlidir. Burada metro işçilərinin bilik və bacarıqlarının təkmilləşdirməsini, keyfiyyətli hazırlığını daha mükəmməl qaydada təşkil etmək mümkündür. Mərkəz lazımi vəsait və avadanlıqla, audiovizual texnologiyalarla, elektron proyektorlarla və digər müasir texniki vasitələrlə təmin edilib. Multimedia, interaktiv təlim üsulları və s. əyani vəsaitlərin yeni erasının məhsuludur. İldən-ilə yeniləşən təlim-tədris mərkəzində aparılan təmir-yenidənqurma işlərindən sonra metropolitenin əhatə etdiyi sahə və peşələrin xüsusiyyətlərini daha dərindən və təfərrüatı ilə nəzərə alaraq, fəaliyyətini davam etdirəcək".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, qeyd edilənlərlə yanaşı, mobil telefon, portativ elektron məhsullar, internet və digər bu kimi texniki imkanlar vasitəsilə audio-video dərslərin, mühazirələrin, praktiki məşğələlərin elektron konspektləşdirilməsi və metodiki bazanın yenidən qurulması istiqamətində mühüm tədbirlər görülür: "Bu stendlər, eyni zamanda, metropolitendəki peşələrlə maraqlananlara, əmək karyerasını bu nəqliyyat vasitəsinə bağlamaq istəyənlərə hərtərəfli məlumat verəcək. Başqa sözlə, yeni formatda fəaliyyət göstərəcək təlim-tədris mərkəzi həm də nümunəvi tədris məktəbi kimi də maraq doğuracaq". (Trend)

Bakucity.az

Bakı metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər