“Park Cinema” “Cazibə dənizi”nin nümayişinə başladı - FOTO/VİDEO

Rejissor Stiven Naytın yeni, “Cazibə dənizi ”filmi təqdim olunub.

Bakucity.az xəbər verir ki, filminin qapalı nümayişi yanvarın 23-də “Park Cinema Flame Towers”də keçirilib.

Baş rollarda Mettyu MakKonaxi ve Enn Hetueyin çəkildiyi film 2019-cu ilin ən gözlənilən filmin statusunu nahaq yerə daşımadığını subut edərək, tamaşaçıların böyük marağına səbəb olub.

Film təqdim olunduğu gündən başlayaraq “Park Cinema”nın kinoteatrlarında yayımlanacaq. 

Qapalı nümayişin qonaqları sırasında Azərbaycan kinosunun nümayəndələri, rejissorlar Emin Mirabdullayev və Samirə Cəfərova, operator Nadir Mehdiyev, səs rejissoru Teymur Kərimov, aktrisa Dəniz Tacəddin və digərləri olub.

"Park Cinema"dan sürpriz

“Cazibə dənizi”nin qapalı nümayişinin yanvar ayında “Park Cinema” üçün sonuncu olduğunu vurğulayan kinoteatrlar şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev, bu ayın sonunda və gələn ayda bir neçə maraqlı layihənin və premyeranın da olacağını bildirib: 

“İlk növbədə, ayın 26-sı “Park Cinema Flame Towers” və “Park Cinema Metropark”da nümayiş olunacaq koreyalı “BTS” qrupunun film-konsertini vurğulamaq istəyərdim. Azərbaycanda qrupun fanatları kifayət qədər çoxdur, onları konsert zamanı bəzi sürprizlər də gözləyəcək”, - deyə Fətəliyev bildirib.

O, həmçinin qeyd edib ki, yanvarın 29-da “Park Cinema Flame Towers”da musiqiyə aid olan lisenziya və kopiraytinq məsələləri barədə maraqlı görüş olacaq. “British Council” tərəfindən təşkil olunan tədbirin qonağı britaniyalı mütəxəssis Kris Kuk olacaq. 

Qeyd edək ki, təqdimata "British Council" təşkilatçılıq edib.

Filmlərin qapalı nümayişləri isə fevralda davam edəcək:

“Nümayişlərin təqvimi artıq demək olar ki, bəllidir. Bu yaxınlarda biz bu barədə daha ətraflı məlumat verəcəyik”, - “Park Cinema"nın piar-meneceri deyib.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Züleyxa İsmayılova

Bakucity.az

Cazibə dənizi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az
İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az