“Ganclik Mall”da həyəcan: işıqlar söndü

“Ganclik Mall”da həyəcan: işıqlar söndü, Javid

Müştərilər mağazalardan çıxarılıb, lift, təhlükəsizlik sistemi dayanıb.

Bakucity.az xəbər verir ki, bu barədə ticarət mərkəzində olan vətəndaşlar məlumat verib.

Onlar bildiriblər ki, sözügedən səbəbdən bütün müştərilər mağazalardan çıxarılıb. Lift, təhlükəsizlik sistemi və eskalatorlar fəaliyyətini dayandırıb.

“Ganclik Mall”un məlumat mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, texniki səbəblərdən hazırda bir neçə mağazanın işığı sönüb:

“Hazırda iş gedir, yaxın müddət ərzində problemin aradan qaldırılacağı gözlənilir. Giriş və çıxışda heç bir problem yoxdur, eskalator, lift və mağazalar fəaliyyət göstərir”. (Qafqazinfo)

Bakucity.az

Gənclik mall
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər