Xalq artisti Nisə Qasımova Bakıda konsert verəcək

Xalq artisti Nisə Qasımova Bakıda konsert verəcək

Konsert Heydər Əliyev Sarayında gerçəkləşəcək.

Bakucity.az xəbər verir ki, Xalq artisti Nisə Qasımovanın solo konserti Heydər Əliyev Sarayında yaxın vaxtlarda gerçəkləşəcək.

Sarayın mətbuat xidmətindən alınan məlumata görə, konsertdə müğənni repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən köhnə və yeni mahnılarını ifa edəcək.

Müğənni, həmçinin konsertdə dünya xalqlarının mahnılarına da müraciət edəcək.

Möhtəşəm konsertin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Bakucity.az

Nisə Qasımova
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər