Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçirilir.
Bakucity.az xəbər verir ki, fevralın 5-dən etibarən AZAL-ın Bakıdan Cenevrəyə J2-5009/J2-5010 reysləri yenilənmiş uçuş cədvəli üzrə həftədə iki dəfə yerinə yetiriləcək.
Ayın 2-dən etibarən isə hər çərşənbə axşamı Bakıdan uçuş yerli vaxtla səhər saat 07:00-da, Cenevrəyə eniş yerli vaxtla saat 09:00-da olacaq. Cenevrədən uçuş yerli vaxtla səhər saat 10:00-da, Bakıya eniş yerli vaxtla saat 17:45-də həyata keçiriləcək.
Cümə günləri isə Bakıdan uçuş yerli vaxtla saat 06:30-da, Cenevrəyə eniş yerli vaxtla saat 08:25-də; Cenevrədən uçuş yerli vaxtla saat 09:25-də, Bakıya eniş yerli vaxtla saat 17:10-da yerinə yetiriləcək.
Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
Bakucity.az