Bakı Opera və Balet Teatrında bir gündə iki tamaşa göstəriləcək

Bakı Opera və Balet Teatrında bir gündə iki tamaşa göstəriləcək

“Tamahlar”ın ardınca və “Xanım və Xuliqan” nümayiş olunacaq.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi fevralın 20-də 2 səhnə əsəri ilə çıxış edəcək.

Teatrdan bildirilib ki, əvvəlcə fransalı xoreoqraf Allen Amberdirin quruluş verdiyi, Sergey Prokofyevin “Tamahlar” birpərdəli baleti təqdim olunacaq. 

Səhnə əsərinin aparıcı solistləri Gülağası Mirzəyev, Makar Ferştadnt, Nigar İbrahimova, Elmira Süleymanova, Ayan Eyvazova, Timur Oduşev, Faiq Qubadov, Leyla Narimanidze və Dilarə Mehdiyevadır.

Həmin gün teatrda Dmitri Şostakoviçin “Xanım və Xuliqan” birpərdəli baleti də izləniləcək. Quruluşçu baletmeysteri Sergey Moxnaçev olan baletdə Xanım obrazını Cəmilə Kərimova, Xuliqanı isə Anar Mikayilov oynayacaq.

Xronometrajları 35 dəqiqə olan hər iki səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

Bakucity.az

Tamaşa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər