"Səbail" Braziliya klubunu məğlub etdi

"Səbail" Braziliya klubunu məğlub etdi

Qarşılaşma qəsəbə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakucity.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsində təlim məşq toplanışında olan "Səbail" klubu növbəti yoxlama oyununu keçirib.

Aftandil Hacıyevin baş məşqçi olduğu komanda Braziliyanın C Seriyasında çıxış edən "Raça Sport Klub"la üz-üzə gəlib.

Qarşılaşma qəsəbə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in heyətində 15-ci və 80-ci dəqiqələrdə Orxan Qurbanlı, 44-cü dəqiqədə isə Aqşin Qurbanlı fərqlənib. 

Paytaxt təmsilçisi bu gün Qazaxıstan "Kaysar"ı ilə də qarşılaşacaq. Sözügedən matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

"Səbail" əvvəlki görüşlərində Macarıstan "Aqvital"ına 3:2, Ukrayna "Desna"sına 2:1 hesabı ilə qalib gəlib və İsveçrə "Sürix"i ilə heç-heçə edib - 1:1.

Bakucity.az

"Səbail"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər