Bakı meriyasında daha bir təyinat gerçəkləşdi - FOTO

Bakı meriyasında daha bir təyinat gerçəkləşdi - FOTO, Javid

Eldar Əzizov qurumda struktur islahatlarını davam etdirir.

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qurumda struktur islahatlarını davam etdirir.

Bakı merinin növbəti addımlarından biri İcra Hakimiyyətinin bir neçə şöbəsini birləşdirmək və ora yeni rəhbər təyin etmək olub. Belə ki, bu vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri vəzifəsini tutan Zaur Ramazanov işdən çıxarılıb və bu şöbə yeni formatda təşkil olunub.

Eldar Əzizov meriyanın bir neçə qurumunu birləşdirərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctima-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsini yaradıb. Elmin İmanov bu şöbəyə müdir təyin edilib.

Təsadüfi deyil ki, bu gün Milli Şuranın mitinq iştirakçılarına cavab məktubu məhz yeni şöbə müdirinin imzası ilə göndərilib. (Qafqazinfo)

Bakucity.az

Eldar Əzizov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər