Festival 5 gün davam edəcək
Bakucity.az xəbər verir ki, yanvarın 25-dən 30-dək Bakıda İtaliya-Azərbaycan beynəlxalq kinofestivalı keçiriləcək.
“İmago Group” prodüser evi, “Sandro Teti Editore” nəşriyyatı tərəfindən “United Culture” ilə əməkdaşlıq şəraitində təşkil olunan festival çərçivəsində beş gün müddətində italyan, Azərbaycan və beynəlxalq filmlər bir neçə dəfə nümayiş etdiriləcək.
“La Piovra” serialında canlandırdığı Tano Carridi obrazı ilə keçmiş sovet məkanında məşhur olan aktyor və rejissor Remo Girone kinofestivalın “Zoroastro” mükafatı üzrə münsiflər heyətinə rəhbərlik edəcək, italyan ssenarist və rejissor Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.
Beş gün ərzində dünyanın müxtəlif ölkələrindən olan aktyor və rejissorlar Azərbaycan paytaxtında bir araya gələcək. (AzərTac)
Bakucity.az