Bakı məktəblərində qış tətili başladı

Bakı məktəblərində qış tətili başladı, Javid

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Bakucity.az

Məktəb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər