Bakının baş planının hazırlanmasının növbəti mərhələsinə başlanacaq

Bakının baş planının hazırlanmasının növbəti mərhələsinə başlanacaq, Javid

Yeni şəhərsalma şirkəti seçiləcək.

Bakucity.az xəbər verir ki, Martda Bakının baş planının hazırlanmasının 2-ci mərhələsinə başlanacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.

S.Nuriyev qeyd edib ki, şəhərlərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi baş plandır və bu gün Komitədə baş planların qanunvericiliyin tələblərinə, eyni zamanda, aparıcı dünya təcrübəsinə uyğun hazırlanmasına xüsusi diqqət verilir:

"2018-ci ildə Komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consulting Group” şirkətini əməkdaşlığa cəlb edib. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılmış 1-ci mərhələsi nəticəsində Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib".

Onun sözlərinə görə, bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanıb və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunub: "Tenderin nəticələrinin 2019-cu ilin mart ayında elan olunaraq, Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsinə başlamaq planlaşdırılır". (Trend)

Bakucity.az

Bakının baş planı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər