Bakıda Nizami kinoteatrı pulsuz filmlər göstərəcək

Bakıda Nizami kinoteatrı pulsuz filmlər göstərəcək

3 yerli film nümayiş olunacaq

Bakucity.az xəbər verir ki, Nizami Kino Mərkəzi 3 yerli filmi ödənişsiz olaraq paytaxt sakinlərinə nümayiş edəcək. Belə ki, yanvarın 25-də "Qırmızı bağ", 27-də "Nar bağı", 29-da da "Nabat" filmi göstəriləcək. Hər üç film saat 20:15-də başlayacaq. 

Qeyd edək ki, göstərilən hər üç film son illərdə Azərbaycan kinematoqrafiyasının ən uğurlu ekran əsərləri sayılırlar. 

Bakucity.az

Nizami Kino Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər