Bakıda keçiriləcək "Golden People Awards"un tarixi açıqlandı

Bakıda keçiriləcək "Golden People Awards"un tarixi açıqlandı

Tədbir "Boulevard Hotel Baku"da gerçəkləşəcək.

Bakucity.az xəbər verir ki, bir çox ulduzların maraq dairəsində olan «Golden People Awards» mükafatlandırma mərasimi martın 4-də, "ABA Event Group" şirkətinin təşkilatçılığı ilə baş tutacaq. 

Nüfuzlu mükafat sayılıb seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media, tibb, idman sahəsində çalışanlara, ictimai xadimlərə, elm adamlarına,  influenserlərə, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq. Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək. 

Tədbir saat 17:00-da başlayacaq. Öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər.

Tədbir bitdikdən sonra isə mükaftçılar "after party"də iştirak edəcəklər. Mükafat mərasimində yerli məşhurlarla yanaşı, xaricdən gələcək tanınmış simaların da iştirakı gözlənilir. Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır. 

Mükafatlandırılma mərasiminə namizəd olmaq istəyənlər; [email protected] mail adresi ilə müraciət edə bilər.

Bakıda keçiriləcək "Golden People Awards"un tarixi açıqlandı, fotoşəkil-1 Bakıda keçiriləcək "Golden People Awards"un tarixi açıqlandı, fotoşəkil-2

Bakucity.az

https://www.bakucity.az/
tədbir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər