Bakıda “Gəncliyin səsi” festivalı keçiriləcək

İstedadlı gənclər mükafatlandırılacaq

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2019-cu il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.

Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.

Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.

Festival çərçivəsində keçiriləcək tədbirlər:

1 fevral 2019-cu il, saat – 12:00

Festivalın açılışı

Beynəlxalq Muğam Mərkəzi

1 fevral 2019-cu il, saat – 16:00

Gənc musiqiçilərin konserti

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi

2 fevral 2019-cu il, saat – 17:00

ASAN Könüllülərin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan”müsiqili komediyası

Sumqayıt Dövlət Dram Teatrı

2 fevral 2019-cu il, saat – 12:00

Prezident təqaüdçülərinin konserti

Abşeron rayon Xırdalan şəhəri Heydər Əliyev Mərkəzi

2 fevral 2019-cu il, saat – 11:00

Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi

Gənclərin fotoəsərlərindən ibarət sərgi

Quba regional “Asan həyat” Kompleksi

4 fevral 2019-cu il, saat – 12:00

Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi

Masallı regional “Asan həyat” Kompleksi

4 fevral 2019-cu il, saat – 15:00

ASAN Könüllülərin iştirakı ilə Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” tamaşası

İmişli regional “Asan həyat” Kompleksi

4 fevral 2019-cu il, saat – 15:00

Gənc yazarlarla görüş

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası

5 fevral 2019-cu il, saat – 15:00

ASAN Könüllülük Məktəbinin məzunu Xülya Cəfərova ilə görüş

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası

5 fevral 2019-cu il, saat – 19:00

“ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası

Azərbaycan Dövlət Musiqili Teatrı

Bakucity.az

“Gəncliyin səsi” festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakıda yararsız binaların söküntüsü davam edir. BakuCity.az  xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir. Daha sonra sakinlər köçürüldükləri mən...
Cəmiyyət
Kürdəmirdə koronavirusa yoluxma sürətlənib. BakuCity.az xəbər verir ki, rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb.  Ətraflı reportajı təqdim edirik: BakuCity.az
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 5...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. 8-ci km bazarının qarşısında yolu keçən 1983-cü il təvəllüdlü Novruzov Samir Əli oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? “Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdiirlməsinə əsas vermir. Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. İ.Məmmədov şənbə-bazar günü hərəkətin məhdudlaşdırılması məsələsinə də toxunub: “Karantin rejiminin yumşaldı...
Ekologiya
25 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 20-24, Bakıda gecə...
Cəmiyyət
İyunun 1-dən bəzi qadağalar qaldırılacaq. BakuCity.az xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyyətinin sədri Ramin Bayramlı məlumat verib. R.Bayramlı ayın 1-dən açılması müzakirə edilən sahələri açıqlayıb: "Bəzi qadağaların aradan qaldırılması 1 iyun tarixindən sonra gündəmdədir. Buraya ticarət mərkəzlərinin açılması, rayonlara gediş-gəliş və o cümlədən restoranların tam gün şəkildə fəaliyyətinin bərpa olunm...
Biznes
“Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb. BakuCity.az xəbər verir ki, 23 martdan 22 maya qədər onlar 255 milyard ABŞ dolları qazanıb. COVID-19 pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib. Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb. Dünyanın ən varlı adamı - “Amazon” şirkətinin rəh...
Cəmiyyət
Tibbi ləvazimatların idxal gömrük rüsumundan azad edilməsi müddəti uzadılıb. Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri...