Bakının "Keşlə" klubu Rusiya klubunu məğlub etdi

Bakının "Keşlə" klubu Rusiya klubunu məğlub etdi, Javid

"Keşlə" futbol komandası bu gün son yoxlama matçını keçirib.

Bakucity.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası bu gün son yoxlama matçını keçirib.

Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv Rusiya I Divizionunda çıxış edən "Çertanovo" ilə üz-üzə gəlib. Qarşılaşma "Keşlə"nin 1:0 hesablı qələbəsi ilə qazanıb. Yeganə qolu Slavik Alxasov vurub.

Qeyd edək ki, "Keşlə" əvvəlki yoxlama matçlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə etməklə yanaşı, Serbiyanın "Dinamo" (Vranye) komandasına 0:2, Qazaxıstan "Atırau"suna 1:3 hesabı ilə uduzub.

Bakucity.az

Keşlə FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər