“YARAT”da növbəti kitab təqdimatı təşkil olunacaq

“YARAT”da növbəti kitab təqdimatı təşkil olunacaq, Javid

Yazıçı Reyhan Yusifqızı ilə görüş təşkil ediləcək

Bakucity.az xəbər verir ki, fevralın 3-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Ədəbiyyat klubu” çərçivəsində yazıçı Reyhan Yusifqızı ilə görüş təşkil ediləcək.

Tədbirdə yazıçının "Dostum Mimi" adlı kitabının təqdimatı olacaq, həmçinin uşaqlar üçün müəllif tərəfindən hazırlanmış xüsusi interaktiv proqram keçiriləcək. Tədbirdə ən aktiv iştirakçılar tematik hədiyyə qazanacaq.

Qeyd edək ki, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, yazıçı Reyhan Yusifqızı uşaqlar üçün çoxsaylı fantastik povestlərin, elmi-kütləvi kitabların müəllifidir.

Bakucity.az

YARAT
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər