Bakıda kürəkənini "kislota" ilə yandıran qadın barədə qərar verildi

Bakıda kürəkənini "kislota" ilə yandıran qadın barədə qərar verildi

Qadın zərərçəkmişi yatdığı yerdə "kislota" ilə yandırıb

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Qərara əsasən, K.Əsədovanın barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, K.Əsədova ötən ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağali oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsədn sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. 

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər