Bakıda Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək

Bakıda Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək

Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək

Bakucity.az xəbər verir ki, fevralın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

Filarmoniyadan bildirilib ki, Xalq artisti Rauf Abdullayevin dirijorluq edəcəyi orkestrin solisti Aleksey Miltıxdir.

Konsertdə dünya şöhrətli bəstəkarlar Yozef Haydın “Simfoniya nömrə 92” və Edvard Elqarın “Violonçel və orkestr üçün konserti” əsərləri səsləndiriləcək.

Bakucity.az

Filarmoniya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər