Bakıda avtobusun vurduğu piyada xəstəxanada öldü

Bakıda avtobusun vurduğu piyada xəstəxanada öldü, Javid

Maştağa qəsəbəsində ölümlə nəticələnən nəqliyyat hadisəsi

Bakucity.az xəbər verir ki, yanvarın 20-si saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. 

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər