“Balaca Şahzadə” adlı tamaşanın premyerası da nəzərdə tutulur
Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi fevral repertuarında da rusdilli tamaşaçılarını unutmayıb.
Sənət ocağının yaradıcı kollektivi beş səhnə əsəri ilə rusdilli tamaşaçılarının görüşünə gələcək.
Belə ki, teatrsevərlər fevralın 1-də “Bir dəfə Bağdadda”, fevralın 2-də isə “Qızıl cücə”yə baxa biləcək. Bundan başqa, fevralın 10-da “Bir dayan, canavar!”, 15-də “Qafqazlı qardaşqızı”, 16-da isə “Düyməcik” tamaşalarını izləyəcəklər.
Qeyd edək ki, fevralın 21-də teatrda “Balaca Şahzadə” adlı tamaşanın premyerası da nəzərdə tutulur.
Bakucity.az