Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb

Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı öz işinə başlayıb.

Bakucity.az xəbər verir ki, Bakıda ilk dəfə keçiriləcək və 5 gün (25-30 Yanvar) davam edəcək İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı dünən öz işinə başlayıb. 

Nizami Kino Mərkəzində gerçəkləşən festivalda Azərbaycan və italiyalı mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən seçilmiş hər 2 ölkənin istehsalı olan 15 film bir neçə seans şəklində nümayiş olunacaq. 

Festivalın qalibləri xüsusi hazırlanmış “Zoroaster award” ilə qala gecəsində mükafatlandırılacaqlar.

Festivalın direktoru, ssenarist və rejissor Klaudio Rossi Massimi, mükafatlandırma mərasiminin rəhbəri isə “La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş Sovet məkanında məşhur olan italiyalı aktyor və rejissor Remo Girone və başqaları festival öncəsi jurnalistlərlə görüşüb. 

Bakucity.az-a açıqlama verən Remo Girone Azərbaycan filmləri barədə geniş məlumata sahib olmadığını bildirib:

“Mən bilirəm ki, Azərbaycanda, xüsusilə də Bakıda İtaliya filmləri sevilir, lakin bu mənim günühımdır ki, mən sizin filmlər barədə çox məlumatlı deyiləm. Bakıya gəlincə, çox gözəl şəhərdir, İçəri Şəhərin özü köhnə Romanı xatırladır. Burada mənə film sənayesi ilə bağlı təklif gələrsə, çox böyük məmnuniyyətlə qəbul edərəm və şad olaram”.

C.R.Massimi isə çıxışında İtalyadan gələn digər qonaqları təqdim edib və festivalla bağlı ümumi fikirlərini bildirərək məlumat verib:

“Təbii ki, məqsədimiz İtalya-Azərbaycan kino sənayesinin keçmişini və bugününü təbliğ etmək, hər iki ölkənin filmlərində olan oxşar və fərqli cəhətləri nümayiş etdirmək, həmçinin beynəlxalq bazarın fəaliyyətini təşviq etməkdir. Biz Bakıda olmaqdan məmnunluq hissi duyduq, ümid edirik ki, əlaqələrimiz genişlənəcək”.

Festival çərçivəsində ilk film dünən saat 18:30-da Nizami Kino Mərkəzində nümayiş olunub.

Qeyd edək ki, festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “İmage Group” film istehsalı şirkəti, “United Cultures” və “Sanro Tedi editor” şirkətləri tərəfinfən təşkil olunub. 

Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-1 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-2 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-3 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-4 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-5 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-6 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-7 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-8 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-9 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-10 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-11 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-12 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-13 Bakıda qonaq olan italiyalı məşhurlar jurnalistlərlə görüşüb, fotoşəkil-14

Ramilə Qardaşxanqızı

Bakucity.az

festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb. “Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib. BakuCity.az
Cəmiyyət
Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib. BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir: “Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli...
Cəmiyyət
Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Panik "xalqa müraciətində" Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər - komandası göz yaşı tökən bir video da çəkdi. Sanki bir Hollivud əsərindən kadrlardır - Araik çox e...
Cəmiyyət
Prezident İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını açıqlayıb.  BakuCity.az xəbər verir ki, prezidentin tvitində bildirilir:  "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" BakuCity.az
Cəmiyyət
Bu gün nə baş verəcək? “Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşü düşünmürəm ki, hansısa nəticə verəcək. Çünki nəticənin olması üçün Ermənistan tərəfi Azərbaycanın ortaya qoyduğu şərtlərə tam şəkildə əməl etməlidir”. BakuCity.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov bu gün baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşünü şərh edərkən deyib. O bildirib ki, Ermənistan mövqeyini dəyişməyəcəyi təqdirdə danışı...
Cəmiyyət
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. BakuCity.az
Cəmiyyət
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təstiqləyib. Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib. BakuCity.az xəbər verir ki, təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəl...
Cəmiyyət
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bu barədə BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək. BakuCity.az
Cəmiyyət
AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb. BakuCity.az xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb. Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib: “Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda ş...