Bakıda "Miss & Mister Golden Brand Azerbaijan 2019" keçiriləcək

Bakıda "Miss & Mister Golden Brand Azerbaijan 2019" keçiriləcək

Beynəlxalq müsabiqənin milli seçim turu 29 yanvarda baş tutacaq.

Bakucity.az xəbər verir ki, Bakıda 29 yanvar saat 15:00 tarixində “Luxury Home restoranı”nda “BMB Production”un təqdimatında "Miss & Mister Golden Brand Azerbaijan 2019" beynəlxalq müsabiqənin milli seçim turu baş tutacaq.

Seçim turunda 130 müsabiqə iştirakçısından yalnız 24 bəy və 24 xanım iştirakçı yarımfinala vəsiqə qazanacaq. 

Müsabiqənin yarımfinalı martda, finalı isə may ayında baş tutacaq.

Müsabiqənin qalibləri Gürcüstanda 15 ölkə arasında keçiriləcək beynəlxalq yarışmada  (tarix hələlik məlum deyil) Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. 

Bakıda baş tutacaq "Miss & Mister Golden Brand Azerbaijan 2019"un təşkilatçısı, model Elşad Məhərrəmov saytımıza açıqlama verib:

Bakıda "Miss & Mister Golden Brand Azerbaijan 2019" keçiriləcək, fotoşəkil-1

"Gürcüstana məxsus olan bu yarışmada juri qismində bir neçə il Azərbaycanı mən təmsil etmişəm. Ötən il isə Gürcüstanda keçirilən yarışmada Azərbaycanı 3 model təmsil edib. Mükafat avtomobil idi. Artıq yarışmanın lisenziyasını almışıq, bu ildən etibarən müsabiqə Azərbaycanda, Bakıda keçiriləcək. I yerin qaliblərinə isə Gürcüstanda mənzil hədiyyə olunacaq". 

E.Məhərrəmovun qeyd etdiyinə görə, yarışmanın Bakıda keçirilməsində məqsəd, azərbaycanlı gənc modellərin xaricə çıxışını təşkil etməkdir.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Miss Mister
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər