Bakıda "Zəfər" Beynəlxalq İdman Mükafatı» təqdim edildi

Bakıda "Zəfər" Beynəlxalq İdman Mükafatı» təqdim edildi

Aqil Acalov "Zəfər" Beynəlxalq İdman Mükafatına layiq görülüb.

Bakucity.az xəbər verir ki, yanvarın 27-si Abşeron "Marriott" oteldə "Sportsman" jurnalının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Zəfər" 2018 Beynəlxalq idman mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər.

Mərasimdə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, içtimai xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov Avrasiya kontengetinde və eyni zamanda Azərbaycanda Kombat Ciu-Citsu döyüş sənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Zəfər" idman mükafatına layiq görülüb.

A.Acalova mükafatı Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev təqdim edib.

Bakıda "Zəfər" Beynəlxalq İdman Mükafatı» təqdim edildi, fotoşəkil-1

Bakucity.az

Mükafat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər