Bakıda “Qarabağ” - “Neftçi” oyunu sükutla başlayacaq

Bakıda “Qarabağ” - “Neftçi” oyunu sükutla başlayacaq

Bu barədə Ağdam klubundan məlumat verilib.

Bakucity.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq.

Buna “Qarabağ” klubunun təsisçilərindən biri, Adil Nadirovun dünyasını dəyişməsi səbəb olub.

Klubdan bildirilib ki, oyun fevralın 3-də olsa da, bir dəqiqəlik sükut üçün Peşəkar Futbol Liqasına müraciət ediləcək.

A.Nadirovun mədə-bağırsaq sistemində narahatçılığı olub. Onun həmçinin ürək nahiyəsindən şikayətləndiyi və tez-tez xəstəxanaya getdiyi bildirilib.

Bakucity.az

"Nefçi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər