Bakıda “YARAT”ın növbəti qonağı Ramil Babayev olacaq

Bakıda “YARAT”ın növbəti qonağı Ramil Babayev olacaq

Sənətçi əsərlərini gitara, piano və harmonika musiqi alətlərində ifa edir.

Bakucity.az xəbər verir ki, fevralın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzinin növbəti qonağı istedadlı musiqiçi və bəstəkar Ramil Babayev olacaq.

Görüşdə R.Babayev bəstələdiyi əsərlərdən, ifa elədiyi musiqi alətlərinin özəlliklərindən və bu sahədə qazandığı uğurlardan söz açacaq.

Sənətçi müəllifi olduğu musiqi əsərlərini gitara, piano və harmonika kimi musiqi alətlərində ifa edir. R.Babayev 2010-cu ildən Azərbaycan və digər ölkələrdə keçirilən musiqili layihələrin iştirakçısıdır.

Bakucity.az

Ramil Babayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər