Bakı klubu Venesuela yığmasının futbolçusunu transfer etdi

Bakı klubu Venesuela yığmasının futbolçusunu transfer etdi

Puentosin son klubu vətənində "Mineros Quayana" olub.

Bakucity.az xəbər verir ki, Venesuela yığmasının futbolçusu Luis Penya müqavilə bağlamaq üçün Bakıya gəlib.

Bununla bağlı komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib:

"L.Penya bizdə baxışda olmayıb, amma oyununu izləyib bəyənmişik. Pleymeyker mövqeyində çıxış edir. Onunla bir illik müqavilə bağlayacağıq".  

30 yaşlı Luis Anxelo Penya Puentosin son klubu vətənində "Mineros Quayana" olub. O, daha əvvəl Venesuelanın "Estudiantes", "Karakas", "Deportivo Taçira", "Samora", Portuqaliyanın "Braqa", "Portimonensi" və Braziliyanın "Nautiko" komandalarının formasını geyinib. 

Bakucity.az

"Keşlə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər