Bakıda qadını naməlum şəxslər küçədə bıçaqladı - VİDEO

Bakıda qadını naməlum şəxslər küçədə bıçaqladı - VİDEO, Javid

53 yaşı qadın küçənin ortasında bıçaqlanıb

Bakucity.az xəbər verir ki, gecə saatlarında Bakının Kürdəxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Qəsəbədə yaşayan, 1966-cı il təvəllüdlü Əliyeva Gülzar Məmmədtağı qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı təcili olaraq Sabunçu Rayon 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Xəstəyə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hal-hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər