Bakının Ziya Bünyadov prospektində üç avtomobil toqquşdu - VİDEO

Bakının Ziya Bünyadov prospektində üç avtomobil toqquşdu - VİDEO , Javid

Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

Bakucity.az xəbər verir ki, iki minik və bir yük maşınının toqquşması nəticəsində sonuncu aşıb.

Qəza yolun "Koroğlu" metrostansiyasına gedən istiqamətində, körpünün Ayna Sultanova heykəlinə yaxın hissəsində qeydə alınıb. Hadisə ilə əlaqədar maşınların həmin istiqamətdə hərəkəti demək olar ki, tam dayanıb. Aşan yük maşınının yoldan götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və "təcili tibbi yardım" maşını gəlib.

Ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur. (Report)

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər