Bakıda niyə bütün avtobuslar kart sisteminə keçmir? - ARAŞDIRMA - bakucity.az

Bakıda niyə bütün avtobuslar kart sisteminə keçmir? - ARAŞDIRMA

2019-cu il Bakı nəqliyyatında böyük yeniliklər olacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişin daşıyan şirkətlər qarşısında kart sisteminə keçidlə bağlı tələb qoyub. Amma tələbdən xeyli müddət keçsə də, hələ də sərnişin avtobuslarının əksəriyyəti bu sistemdən kənar fəaliyyət göstərirlər. Niyə bəzi daşıyıcı şirkətlər kart sisteminə keçmirlər, niyə bu problem birdəfəlik həllini tapmır? Bakucity.az bu kimi suallara cavablar axtarıb. Materialı oxucularımıza təqdim edirik. 

Kart sisteminə tam keçid üçün avtobus parkı yenilənməlidir

BNA-nın mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirdi ki, Bakıda kart sisteminə tam keçid üçün avtobus parkı yenilənməlidir: 

“Kart sisteminə keçidi ləngidən ən əsas məsələ avtobus parkının yenilənməsi ilə bağlıdır. Yəni, avtobuslar baza, texniki baxımdan yenilənməlidirlər. Müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların böyük əksəriyyəti, xüsusilə də Bakıətrafı kəndlər və qəsəbələr istiqamətində hərəkətdə olan avtobuslar texniki baxımdan qoyulan tələblərə cavab vermirlər. Bizim də əsas məqsədimiz kart sisteminə keçmək üçün ilk növbədə bu avtobusları yeniləməkdir. Müasir komfortlu avtobuslar alındıqdan sonra kart sisteminə keçid tam təmin ediləcək. Ötən il müxtəlif daşıyıcılar tərəfindən yeni nəqliyyat vasitələri gətirilib və xəttlərə buraxılıb. Cənab prezidentin sərəncamına əsasən, bu il Bakı Nəqliyyat Agentliyi tərəfindən gətiriləcək 300 avtobus da kart sisteminə keçid prosesindən sonra xəttə buraxılacaq”. 

Daşıyıcılar kart sisteminə qoşulmaqdan yayınır

“Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə bağlı müəyyən olunmuş tələblər var və o tələblərdən biri də nağdsız ödəniş sisteminə keçiddir”, -  deyən M.Ağayev daşıyıcıların bu sistemdən yayındığını vurğulayıb: 

“Kart sisteminə keçid əslində həmin avtobusları idarə edən sürücülərin rahatlığı baxımından da əhəmiyyətlidir. Çünki kart sisteminə keçən daşıyıcıların sürücüləri gündəlik plan sistemi ilə çalışmırlar. Plan sistemi ilə çalışan sürücülər hər gün ən az 14-15 saat sükan arxasında olurlar. Həmçinin “BakuBus”da çalışan sürücülərin əməkhaqları bugünkü iqtisadi şərtlərə də tam uyğundur və ilin axırında da “BakuBas MMC”da sürücülərin əməkhaqları artırılıb. Buna baxmayaraq, daşıyıcıların böyük əksəriyyəti kart sistemindən kənarda qalıb. Həmin daşıyıcılar tərəfindən “sistem aparatları bahalıdır” kimi fikirlər eşidirik, bunlar sadəcə kart sizteminə keçməkdən yayınmaq üçün uydurulan bəhanələrdir. Hal-hazırda “BakıKART” sisteminə qoşulan 500 avtobus var ki, bu da mövcud  avtobusların hardasa 25%-dir, qalan 75% sistemdən kənarda qalıb”. 

“Bu daşıyıcıların ömrünə az qalıb” - BNA xəbərdarlıq edib!

M.Ağayev sürücülərin səhlənkarlığı ilə qarşılaşan sərnişinlərdən qarşılaşdıqları hadisələrin foto və ya video görüntülərini BNA-ya yollamalarını xahiş edib və bildirib ki, alınan məlumatlara əsasən ciddi tədbirlər görülür: 

“Sadəcə gündəlik plan üzrə hərəkətdə olan avtobusların deyil, kart sistemi ilə hərəkət edən avtobusların da sərnişinlərindən müxtəlif xarakterli şikayətlər alırıq. Hər bir müraciət, şikayət əsasında BNA öz üzərinə düşən xüsusi tədbirləri görür, daşıyıcıların üzərinə düşən məsuliyyətlə bağlı isə onlara xəbərdarlıq edilir. Marşrut xəttində nadir hallarda belə olsa, sürücü problem yaradırsa, bu, həmin sürücünün problemidir, bir marşrut xətti üzrə mütəmadi olaraq sürücülərdə problem müşahidə olunursa (avtobusu idarə etməsində, sərnişinlərlə münasibətində və s.), bu artıq o deməkdir ki, daşıyıcı işinə məsuliyyətsiz yanaşır. Bu cür daşıyıcıların da ömrünə az qalıb. Çünki avtobus parkının yenilənməsi nəticəsində bu kimi bir çox problemlər öz həllini tapacaq.  İşinə məsuliyyətsiz yanaşan, qoyulan tələblərə əməl etməyən, edilən xəbərdarlıqlara məhəl qoymayan, sürücüləri işə götürərkən məsuliyyətsizlik edən daşıyıcılara qarşı daha ciddi tədbirlər görüləcək”, -  deyə M. Ağayev bildirib.

Bakıda nəqliyyatla bağlı irimiqyaslı layihələr gerçəkləşəcək

Mətbuat katibi BNA-nın gələcək maarifləndirici layihələri barədə də məlumat verib:

“2019-cu il Bakı şəhər nəqliyyatının tarixində əhəmiyyətli il olacaq.  Qeyd etdiyimiz kimi yeni avtobuslar gətiriləcək və kartlaşma sisteminin əhatə dairəsi genişlənəcək. Sərnişindaşıma sahəsində “Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi”nin tam, müasir bir infrastruktur olaraq istifadəyə verilməsi isə Bakı şəhəri üçün ilk olacaq. Avtobuslar üçün xüsusi istiqamət zolaqlarının təşkili istiqamətində ciddi işlər, tədbirlər  görüləcək - təxminən 30-a yaxın yerlərdə xüsusi hərəkət zolaqlarının çəkilməsi planlaşdırılır. Yol hərəkətinin təşkili ilə bağlı ciddi tədbirlər nəzərdə tutulur - müxtəlif küçə və prospektlərdə nəqliyyat hərəkətinin yaxşılaşdırılması ilə bağlı layihələr işlənib hazırlanıb, onlar icra ediləcək. Misalçün, Yusif Səfərov küçəsi istiqamətində yeni giriş-çıxış dəhlizlərinin açılması, parklanma yerlərinin idarəolunması ilə bağlı tam yeni bir siyasət işlənib hazırlanıb ki, icrası həyata keçiriləcək. Daha sonra dayanma-durma qaydalarına riyayət edlilməsi ilə bağlı ciddi addımlar atılır”, - deyə mətbuat katibi fikrini tamamlayıb.

Agentliyin rəsmisinin açıqlamasından belə qənaətə gəlmək mümkündür ki, bütün sərnişin daşıyan avtobusların ən azı şəhərdaxili fəaliyyət göstərən avtobuslar qədər yaxşı idarə edilməsinə az qalıb. Bizə sadəcə gözləmək və vəd edilən bütün bu yenilikləri görmək qalır.   

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Araşdırma Bakı sərnişin avtobusu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
516 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
“Zirə” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bakucity.az xəbər verir ki,  Bakı təmsilçisi 29 yaşlı hücumçu Soni Norde ilə 1 illik müqavilə bağlayıb.  Haitili futbolçu bundan öncə “Boka Xuiors B”(Argentina), “San Luis B”, “Altamira” (hər ikisi Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” və “Mumbay Siti” (hər ikisi Hindistan) klublarında çıxış edib. Bakucity.az
İdman
Avtobuslardan matça bileti olan azarkeşlər istifadə edə biləcək Bakucity.az xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasında Albaniya “Partizani”si ilə Bakıda keçiriləcəyi oyun zamanı azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Bakı Nəqliyyat Agentliyi iyulun 17-də saat 18:30-dan 19:45-dək “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya hərkət edəcək avtobuslar ayıracaq. “Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra is...
Hadisələr
Paytaxtda donuz saxlayan qardaşlar narazılığa səbəb olub Bakucity.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. Sözügedən qəsəbədə yaşayan Saşa və Andrey adlı qardaşların həyətdə donuz saxlaması qonşuların narazılığına səbəb olub. Bununla bağlı qonşular arasında dəfələrlə mübahisə, hətda əlbəyaxa dava da baş verib. Qeyd edək ki, bu barədə “Space” televiziyasında yayımlanan «Olar? Olmaz!» verilişində geniş sujet təqdim edilib. Həmin videonu təqd...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 21-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə...
Hadisələr
Onun nəzarətsiz ərazidə çimərkən batdığı ehtimal olunur Bakucity.az xəbər verir ki, iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb. İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə tə...
Cəmiyyət
Mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək Bakucity.az xəbər verir ki, Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil bu ilin sonunadək həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaq. Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək. Qeyd edək ki, iyulun 12-də MİDA-nın ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı bina...
İdman
Yarışa 48 ölkədən ümumilikdə 3900 qonaq qatılacaq Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan idmançılarının sayı dəqiqləşib. Yığmamız yarışda 10 idman növündə 122 atletlə təmsil olunacaq. Ölkəmizin nümayəndə heyəti isə 198 nəfər təşkil edəcək. Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, baske...
Hadisələr
Bakı metrosunda siqaret çəkənin kimliyi məlum olub Bakucity.az xəbər verir ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdəki şəxsin Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib. O, əvvəllər məhkum olunub. Həmin görüntülər iyulun 15-də "28 May” - "Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb. Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolite...
Hadisələr
Paytaxtda 15 və 17 yaşlı bacılar itkin düşüb Bakucity.az xəbər verir ki, məsələ ilə bağlı qızların anası polisə müraciət edib.  İyulun 14-də Biləcəri qəsəbəsi, ev 44, mənzil 70-də yaşayan 1980-ci il təvəllüdlü Oksana Vasilyevna Xolbina ərizə ilə 5-ci Polis bölməsinə müraciətində bildirib ki, iyulun 9-u saat 21:30 radələrində qızları 2002-ci il təvəllüdlü Aminə Samir qızı Askerova və 2004-cü il təvəllüdlü Elina Panak qızı Panakova İ.Dadaşov küçəsi, 71-də ye...