Bakıda “Gəncliyə töhfə” festivalında ilk konsert keçiriləcək

Bakıda “Gəncliyə töhfə” festivalında ilk konsert keçiriləcək, Javid

Konsertdə gənc bəstəkarların yaradıcılığına müraciət olunacaq.

Bakucity.az xəbər verir ki, “Gəncliyə töhfə” festivalı çərçivəsində ilk konsert fevralın 1-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.

Filarmoniyadan bildirilib ki, solisti Nərmin Rzayeva olan konserti Mustafa Mehmandarovun dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Konsertdə gənc bəstəkarların yaradıcılığına müraciət olunacaq.

Qeyd edək ki, gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə fevralın 1-dən 3-dək Mədəniyyət Nazirliyi, Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi əsasında "Gəncliyə töhfə" musiqi festivalı keçiriləcək.

Gənclər Gününə həsr olunan festivalın məqsədi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin yetişdirdiyi istedadlı, təhsillərini xarici ölkələrdə davam etdirən, mütəmadi olaraq beynəlxalq müsabiqə və festivallarda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən gənc bəstəkarların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün yazılmış əsərlərinin ictimaiyyətə tanıdılmasıdır.

Bakucity.az

Filarmoniya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər