Bakıda keçiriləcək AVRO-2020 oyunlarına bilet satışının tarixi açıqlandı

Bakıda keçiriləcək AVRO-2020 oyunlarına bilet satışının tarixi açıqlandı  , Javid

Final mərhələsinə bilet satışına iyunun 12-də başlanacaq. 

Bakucity.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytında çempionatın startına 500 gün qalmasına dair yerləşdirilmiş yazıda bildirilir. Nüfuzlu yarışın qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada oyunlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək. 

Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək üçün turnirin bir və ya iki ölkədə keçirilməsi deyil, bütün qitəni əhatə etməklə genişləndirilməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Həmin vaxt UEFA-nın baş katibi vəzifəsində çalışan hazırkı FIFA prezidenti Canni İnfantino bu qərarı belə şərh edib: “Bir ölkədə bir bayram əvəzinə, 2020-ci ilin yayında biz bütün Avropada bayram edəcəyik”. (Report)

Bakucity.az

AVRO-2020
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər