“Şair və yazıçı tribunası” adlı sosial layihə davam edir

“Şair və yazıçı tribunası” adlı sosial layihə davam edir

"Məcməüş-şüəra" və “Əliağa Vahid” məclislərinə dəstək verilib

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) "Məcməüş-şüəra" və “Əliağa Vahid” məclislərinə təşkilati dəstək verməkdə davam edir.

Növbəti toplantıda "Məcməüş-şüəra"nın sədri, tarix elmləri doktoru, professor Şain Fazil və “Əliağa Vahid” məclisinin sədri, tanınmış jurnalist Rafiq Əliyev məclis üzvlərinə peşəkar şairlərin və ədəbi yaradıcılığa yeni qədəm qoymuş insanların 2019-cu ilin yanvar ayında yazdıqları əsərlərini təqdim ediblər.

Şair Ələsgər Talıboğlu yeni nəşr olunmuş “Şeir göyərçin dənidir” kitabını M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına bağışlayıb.

Bakucity.az

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər