Bakıda Hüseyn Cavidlə bağlı konfrans keçiriləcək

Bakıda Hüseyn Cavidlə bağlı konfrans keçiriləcək

Konfrans Dillər Universitetində gerçəkləşəcək.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla “H.Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransının keçirilməsi haqqında əmr imzalayıb.

Universitetdən alınan məlumata görə, konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılmalıdır:

Abdullayev K.M. – ADU-nun rektoru, akademik, sədr

Abdullayev Ə.Ə. – Tədris işləri üzrə prorektor, professor, sədr müavini

İmanov M.K. – Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik, sədr müavini

Abdullayev S.Ə. – Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor, üzv

Babayev A.M. – Azərbaycan dilçiliyi kafedrasının müdiri, fil.e.d., professor, üzv

Bayramov Q.H. – “Tərcümə araşdırmaları” ETL-in müdiri, professor, üzv

Əliyeva H.Ə. – ADU-nun elmi katibi, dosent, üzv

Həsənov S.H. – Elm və təhsil məsələləri üzrə müşavir, dosent, üzv

Hüseynov S.B. – Tərbiyə işləri üzrə prorektor,üzv

İbrahim Ü.Z. – Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, fil.f.d., dosent, üzv

İmanova S.R. – Elmi əməkdaşlıq şöbəsinin müdiri, ped.f.d., dosent, üzv

Quliyev Q.H. – ADU-nun professoru, üzv

Muğalova L.T. – TEC-in sədri, üzv

Rüstəmov A.İ. – “Azərbaycanşünaslıq” ETL-in müdiri, t.f.d., üzv

Sabitova A.Z. – Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, fil.e.d., professor, üzv

Vəliyeva S.M. – Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, fil.f.d., üzv

Veysəlli F.Y. – “Eksperimental fonetika və tətbiqi

dilçilik” ETL-in müdiri, professor, üzv

Zeynallı C.A. – Sayt şöbəsinin müdiri, üzv

Zeynalova S.S. – İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası, f.e.d., üzv

Zərbəliyev H.M. – Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin müdiri, professor, üzv

Daxil olan məruzələri seçərkən maksimum obyektivliyə riayət edilməsi ilə bağlı təşkilat komitəsinə tapşırılıb.

Bakucity.az

Hüseyn Cavid
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər