Konserti Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri verəcək.
Bakucity.az xəbər verir ki, fevralın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında amerikalı dirijor Hobart Erlin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert verəcək.
Konsertdə solisti qismində Dali Qutseryeva (cello) və Yekaterina Lehina (soprano) çıxış edəcəklər.
Konsert çərçivəsində V.A.Motsartın “Fiqaronun toyu” operasından “Uvertüra, KV 492”, K.Boyarskinin “Violonçel, soprano və orkestr üçün süita”sı və P.İ.Çaykovskinin opera üçün yazdığı “Dörd nömrəli simfoniya”sı ifa olunacaq.
Bakucity.az