“YUĞ” teatrı fevral repertuarını açıqladı

“YUĞ” teatrı fevral repertuarını açıqladı

Teatrsevərləri maraqlı repertuarlar gözləyir.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi gələn ay tamaşaçılarının görüşünə maraqlı səhnə əsərləri ilə gələcək.

Teatrın fevral repertuarı:

2 fevral – “Metamorfoza”

3 fevral – “Müəmmalı bir qətlin üç versiyası”

9 fevral – “Sonuncu”

10 fevral – “Təklif”

16 fevral – “Quş dili”

17 fevral – “Şok”

23 fevral – “Naməlum Axundzadə”

24 fevral – “Qəbirqazma üsulu”

Tamaşalar müvafiq olaraq saat 19.00-da A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş ediləcək.

Bakucity.az

YUĞ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər