"Neftçi" Belçika millisinin sabiq üzvünü transfer edir

"Neftçi" Belçika millisinin sabiq üzvünü transfer edir

Bakılılar "Şerif"in hücumçusu Ziqi Badibanqaya "elçi düşüb".

Bakucity.az xəbər verir ki, Dario Frederikonun Cənubi Koreyadan təklif alması bakılıları Badibanqa ilə danışıqları intensivləşdirməyə vadar edib.

Baş məşqçi Roberto Bordinin israrla istədiyi, hələ "Şerif”də olarkən birgə çalışdığı belçikalı forvardın gəlişi real görünür.

28 yaşlı oyunçu isə Tiraspol klubunun qış toplanışına yollanmayıb. Futbolçunun Bakıya gəlməsi üçün son detalların dəqiqləşməsi qalıb.

"Neftçi" yalnız Badibanqanın keçidini həll edəcəyi təqdirdə, Darionun Cənubi Koreya klubuna transferinə icazə verəcək. Premyer Liqanın "Qarabağ"la qarşıdakı oyununa qədər bu keçidlərin baş tutması istisna deyil.

Hücumçu 2009-2010-cu illərdə Belçikanın U-19, 2010-2012-ci illərdə U-21 yığmalarında çıxış edib.

Bakucity.az

"Nefçi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər