İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına yekun vurulub

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına yekun vurulub, Javid

Sonuncu gündə “The Bra” filmi nümayiş olunub.

Bakucity.az xəbər verir ki, yanvarın 29-da - İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sonuncu günündə Nizami Kino Mərkəzində “The Bra” filmi nümayiş olunub.

Rejissor və prodüseri Vait Helmer olan film Gürcüstan və Azərbaycanda lentə alınıb. Film Almaniyanın birinci kanalı ARD və Almaniya hökumətinin BKM Mədəniyyət Film Fondu tərəfindən sifariş edilib.

Rollarda Miki Manojloviç, Çulpan Xamatova, Paz Veqa, Denis Lavant, İsmayıl Quluzadə, Kazım Abdullayev, Günəş Mehdizadə, Xumar Səlimova, Mətanət Atakişiyeva, Sevinc Əliyeva və Xalq artisti Hacı İsmayılov çəkiliblər. Filmin direktoru Aysel Əmirova, operatoru Asif Şirəliyev, Elman Əliyev, kostyum dizayneri Mehriban Əfəndidir.

Filmdə cərəyan edən hadisələr Şanxay (Azərbaycan) ərazisində baş verir.

Bakucity.az

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər