Bakıda keyfiyyətli oyuncaqları haradan almaq olar? - ARAŞDIRMA

Uşaqlara oyuncaq seçərkən nələrə diqqət edilməlidir?

Bir çox valideynlər övladlarına oyuncaq alarkən, seçdikləri məhsulun keyfiyyətinə o qədər də diqqətli yanaşmırlar. Halbuki oyuncağın keyfiyyəti və harada istehsal olunması böyük əhəmiyyət daşıyır. Həssas uşaq vücudu keyfiyyətsiz oyuncaqlardan bakteriya qapa, bu isə sonda xoşagəlməz hallarla nəticələnə bilər. Bakıda satılan uşaq oyuncaqları standartlara cavab verirmi, yaxşı oyuncaqları haradan almaq olar, mütəxəssislər nələri məsləhət görürlər? Bakucity.az-ın növbəti araşdırması bu mövzu ətrafındadır. Məsələyə dair mütəxəssis rəyi almaq üçün biz əvvəlcə "Avrasiya Hospital"ın həkim-pediatrı Tərlan Əyyubova müraciət etdik.

Pediatr: "Ən aşağı keyfiyyətli oyuncaqlar Çin istehsalıdır"

Həkimin sözlərinə görə, uşaq oyuncaqları alarkən hər detala diqqət yetirmək, seçimə ciddi yanaşmaq lazımdır: 

"Açığı, mən şəhərimizdə satılan oyuncaqların əksəriyyətinin  keyfiyyətindən narazıyam. Onlarda kəskin və xoşagəlməz qoxu var, xüsusilə ucuz plastmastdan düzəldilən oyuncaqlarda.  Çin istehsalı olan oyuncaqlar almağı valideynlərə məsləhət görmürəm, çünki ən aşağı keyfiyyətli oyuncaqlar Çin istehsalıdır".

T.Əyyubov qeyd edib ki, bu məhsulların istehsalı zamanı çox ucuz zərərli maddələrdən istifadə olunduğundan uşağın sağlamlığına xələl gələ bilər.

"Yaxşı brendlərdə adətən məhsulun tərkibi öz əksini tapır, ona görə də imkan daxilində bu detalı diqqətlə öyrənməyə çalışın. Çindən fərqli olaraq, Türkiyə və Avropadan bizim bazara idxal olan  oyuncaqlar kifayət qədər keyfiyyətlidir", - deyə həkim bildirib.

Pediatr vurğulayır  ki, oyuncaqların istehsalında keyfiyyətsiz rənglərdən də istifadə oluna bilər:

"Əgər siz uşağın əllərinin və  paltarının oynadığı  oyuncağın rənginə bulaşdığını aşkar etsəniz, dərhal o  oyuncağı bir kənara atın. Bundan başqa, uşaq  keyfiyyətsiz oyuncaqlarda  asanlıqla qırılan xırda parçaları uda bilər və nəticədə onun tənəffüs yolunda tıxanma (respirator traktının keçilməzliyi sindromu) yarana bilər". 

Həkim bildirib ki, yumşaq oyuncaqların seçiminə də diqqətlə yanaşmaq lazımdır:

“Keyfiyyətsiz, yumşaq oyuncaqların tükü tez tökülür və bu çox vaxt  allergik reaksiyalara səbəb olur.  Belə oyuncaqları çoxlu toz topladığına görə dezinfeksiyaedici maddələrlə müntəzəm təmizləmək lazımdır”. 

Oyuncaqları necə yumaq lazımdır?

Həkim  oyuncaqları axar su ilə yumağı  tövsiyə edir. Oyuncaq çox çirklənibsə, adi sabundan istifadə etmək olar:

"Tərkibində həlledicilər olan yuyucu vasitələrdən  istifadə etmək olmaz. Birincisi, onlar rəngə çox ziyan vuracaqlar, ikincisi də bu uşaq sağlamlığı üçün zərərlidir".

Oyuncaqların hazırlandığı materiallara gəlincə, pediatrın sözlərinə görə, daha təhlükəsiz materiallar taxtadan olanlar sayılır, amma onlarda lak örtüyü olmamalıdır:

"Məlumdur ki, uşaq əlinə düşən hər şeyi ağzına aparır. Bəzi oyuncaqların tərkibində çoxlu kimyəvi maddələr var, ona görə də onların uşaq orqanizminə düşməsi olduqca arzuolunmazdır".

Oyuncaq seçirik

Bu gün Bakıda dünyada ən tanınmış brendlərin oyuncaqlarını satan və kifayət qədər geniş seçim imkanları təklif edən mağazalar mövcuddur. Belə məhsulların keyfiyyəti qiymətə uyğundur, bundan başqa, onların sertifikatları da var.

Söhbətləşdiyimiz “Gallery 4 kids” uşaq mağazasının meneceri valideynlərə keyfiyyətinə əmin olmadıqları ucuz oyuncaqları almağı məsləhət görmür:

"Demək olmaz ki, ən yaxşı oyuncaqları hansısa müəyyən bir istehsalçı buraxır. İstehsalçıdan istehsalçıya fərq var. Hansısa şirkətin qurğuları yaxşıdır, bir başqasının avtomobili və ya kuklaları. Biz yalnız sertifikatlı mal almağa çalışırıq. Bizdə əsasən Almaniyadan, Belçikadan, BƏƏ-dən və digər ölkələrdən gətirilən oyuncaqlar satılır".

“The Toy Story” mağazasının meneceri Salman Əsədov isə açıqlamasında qeyd edib ki, onlarda “LEGO”dan, həmçinin müxtəlif firmalardan olan qurğulara və pazllara tələbat daha çoxdur:

"Əlbəttə, oyuncaq avtomobillər və kuklalar da çox populyardır, ancaq əksərən stolüstü oyunlar və  qurğular alırlar. Ən keyfiyyətli oyuncaq istehsalçısı zənnimcə “LEGO”dur.  Bu şirkətin oyuncaqları azyaşlı və daha böyük uşaqlar üçün münasibdir. Qiymətlər  25 manatdan başlayır".

Mağaza əməkdaşının sözlərinə görə, oyuncaqlar əsasən, karton, plastik, rezin, taxtadan istehsal olunur. Amma bu materialların keyfiyyəti heç də həmişə lazımi səviyyədə  olmur. Bir qayda olaraq, keyfiyyətli məhsulları tanınmış brendlər istehsal edirlər. Ona görə də onların mallarının həmişə sertifikatı olur”.

“Kids Smart Baku” mağazasının əməkdaşı saytımıza açıqlamasında bildirib ki, onlar da firma mallarının keyfiyyəti barədə sertifikatları təqdim etməyə hazırdırlar:

"Oyuncaqların istehsalı üzrə ən keyfiyyətli firmalardan biri -  “Chicco”dur. Həmçinin “INTEX” və ya “Playgro” firmalarının da adlarını çəkə bilərəm. Bizdə müştərilər Türkiyə, Çin, İtaliya, ABŞ və s. kimi ölkələrin istehsalı olan  malları tapa bilərlər".

“Early Learning Centre”in satış üzrə məsləhətçisi isə bildirdi ki,  onlar yalnız brend firmalarla işləyirlər:

"Biz yalnız Böyük Britaniyanın oyuncaq istehsalçı şirkəti "ELC" ilə işləyirik. Bu brendin bütün oyuncaqları ekoloji təmiz materiallardan hazırlanır".

Nəticə

Oyuncaqlar uşağın inkişafında mühüm rol oynayırlar. Buna görə də onların  seçiminə xüsusi diqqətlə yanaşmaq lazımdır. Keyfiyyətli oyuncaq uşağın sağlamlığına zərər vermədən, onun təfəkkür və təxəyyülünün formalaşmasına səbəb olur. 

Sonda oxucularımıza Bakı mağazalarında satılan bəzi oyuncaqların ortalama qiymətlərini təqdim edirik:

Mağaza

Konstuktor

Yumşaq oyuncaqlar

Kuklalar

Maşınlar

“Gallery 4 kids”

14-105AZN

10-49 AZN

18-86 AZN

12-92 AZN

“The Toy Store”

10-25 AZN

6-45 AZN

6-75 AZN

3-30 AZN

“Imaginarium”

15-199 AZN

17-119 AZN

22-169 AZN

13,30-199,20 AZN

“Kid Smart Baku”

10-50 AZN

5-50 AZN

5-60 AZN

5-61 AZN

“Early Learning Centre”

51-71 AZN

49-15 AZN

18-86 AZN

12-92 AZN

Züleyxa İsmayılova

Bakucity.az

Uşaq oyuncaqları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Düşmən ordumuz tərəfindən atəşə tutulur. Azərbaycanın artilleriyaçıları düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Cəmiyyət
Erməni radiosunun saytında Burak Özdemirin fotosu yerləşdirib. Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şəklinə məşhur türkiyəli bloqçu Burak Özdemiri hərbi formadakı görüntüsünü yerləşdirib. BakuCity.az xəbər verir ki, həmin xəbər radionun saytında dərc olunub. Bu, Ermənistan İctimai Radiosunun qalmaqala yol aça biləcək ilk hərəkəti deyil. Belə ki, radionun saytında türki...
Cəmiyyət
Sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
“714 yoluxma bizim üçün də yeni rəqəmdir”. “Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Amma 714 yoluxma bizim üçün də yeni rəqəmdir. Sağalanların sayı 176 nəfərdir. Havalar hələ çox soyumadığı üçün insanlar da bizimlə razılaşar ki, mövcud artım dinamikasını bununla əlaqələndirə bilmərik. Deməli burada başqa məqamlar var. Sentyabr ayında yoluxmaların sayının azalması insanları bir qədər rahatlaşdırdı. Artıq yenidən həyəcan...
Ekologiya
Bakıda oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyi...
Siyasət
Key Beyli Xatçison virtual mətbuat konfransa qatılıb. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Xatçison virtual mətbuat konfransında jurnalistlərə bildirib ki, Alyans “ABŞ və Rusiyanın etdiyini etməyə, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır”. BakuCity.az xəbər verir ki, bu barədə "Turan" məlumat yayıb. “Bu problem 30 ildir çürüyür. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu münaqişəni başlanğıc mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri...
Cəmiyyət
Xəstələrin bir qismi ev şəraitində müalicə olunur. “İyul ayının 1-dən etibarən yüngül əlamətləri olan xəstələri ev şəraitində müalicə edirik. Çox nadir hallarda poliklinikanın dəstəyi ilə ev şəraitində müalicə alan xəstələr arasında ağırlaşmalar baş verir. Bu, daha çox “COVİD” testi müsbət olanlarda deyil, pnevmoniyalı xəstələrdə olur”.  BakuCity.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya–Epidemioloji N...
Cəmiyyət
Rusiyanın Hava-Kosmik Qüvvələri Ermənistana ən azı 13 Miq-29 təyyarəsi yollayıb. BakuCity.az xəbər verir ki, İrəvandakı Erebuni hərbi aviabazasının peykdən çəkilmiş fotoları buna dəlalət edir. Söhbət məhz Rusiyanın hərbi təyyarələrindən gedir, çünki Ermənistanın Hərbi-Hava Qüvvələrində rəsmi olaraq MiQ-29 qırıcıları yoxdur. Fotoda MiQ-29 qırıcıları ilə yanaşı, 13 hərbi helikopter də görünür. Bu isə hərbi aerodromun yetərincə ciddi potensialına dəlalət edir...
Cəmiyyət
Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə altı raket atıb. Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində üç raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində iki raket və Kürdəmir rayonu istiqamətində bir...