Bakıda görkəmli şairin yubileyi qeyd olunacaq

Bakıda görkəmli şairin yubileyi qeyd olunacaq, Javid

Səməd Mənsurun 140 illiyi keçiriləcək

Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçiriləcək.

Tədbir 31 yanvar 2019-cu il tarixində saat 17:00-da Bakı şəhərinin Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində baş tutacaq.

Tədbirdə Səməd Mənsurun şeirləri səsləndiriləcək, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediləcək.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərova “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Türkiyədə çap olunan Nizami Cəfərov “Samed Mansurun şiiri” kitablarının təqdimatı keçiriləcək.

Bakucity.az

Səməd Mənsur
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər