Bakıda “Gənclərə dəstək” layihəsində növbəti konsert keçiriləcək

Bakıda “Gənclərə dəstək” layihəsində növbəti konsert keçiriləcək, Javid

Tanınmış gənc və klassik bəstəkarların əsərləri ifa olunacaq

Bakucity.az xəbər verir ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert fevralın 18-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olunacaq.

Filarmoniyadan bildirilib ki, konsert proqramı Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tərəfindən müşayiət ediləcək. Konsert çərçivəsində gənc ifaçılar tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri ifa olunacaq.

Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan Akademik Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim edilir.

Bakucity.az

Gənclərə dəstək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər