Bakıda gizli silah-sursat aşkarlandı

Bakıda gizli silah-sursat aşkarlandı , Javid

Nardaranda əməliyyat keçirilib

Bakucity.az xəbər verir ki, Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən verilən məlumata görə, bölməyə Nardaran qəsəbə sakini İntiqam Vəliyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polislər tərəfindən saxlanılıb və onunla aparılan profilaktik söhbətlər zamanı o, qəsəbə ərazisində gizlətdiyi sursatın yeri barədə məlumat verib. Qeyd edilən əraziyə baxış zamanı İ.Vəliyev tərəfindən torpağa basdırılan 27 ədəd avtomat gülləsi, 1 ədəd F1 qumbarası alışqanı ilə birlikdə, 2 ədəd bıçaq, 1 ədəd 12 kalibrli ov tüfənginə məxsus güllə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

Bakucity.az

Əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər