Bakıda narkotacir "Bibi"yə hökm oxundu

Bakıda narkotacir "Bibi"yə hökm oxundu

"Bibi" hakim qarşısına çıxarılıb.

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən Sənubər Lütfəliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə S.Lütfəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzərində narkotik olan İmran İsgəndərov saxlanılıb və ifadəsində narkotiki "Kubinka"da yaşayan "Bibi"dən aldığını bildirib.

Növbəti əməliyyatda isə "Bibi" saxlanılaraq həbs olunub. Onun isə narkotiki kimdən aldığı istintaqa bəlli deyil.

Sənibər Lütfəliyeva özünü təqsirli bildiyini deyib. Lakin "Bibi" ifadə verməkdən imtina edib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib. 

Bakucity.az

"Bibi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər